'Barselona' 'Osasuna'yla bacarmadı - VİDEO

İDMAN
01:40 12.02.2012
2403
İspanya La Ligasının 22-ci turunda “Barselona” rəqib meydanında “Osasuna”nın qonağı olub.
AZXEBER.COM-un məlumatına görə, Reyno de Navarra stadyonunda baş tutan görüşdə, meydan sahibləri 3-2 hesablı qələbə qazanıb. “Osasuna”ya qalibiyyəti gətirən qolları 5 və 22-ci dəqiqələrdə Deyan Lekic, 56-cı dəqiqədə isə Raul Qarsiya rəqib qapsəsəndan keçirib. “Barcelona”nın qolları isə 51-ci dəqiqədə Alexis Sancez, 73-cü dəqiqədə isə Kristian Tello gəlib. İlk dövrədə “Barcelona”ya 8-0 məğlub olan “Osasuna” rəqibinə çempionluq yolunda ağır zərbə vurub. Bu hesabla “Osasuna” xalını 31-ə yüksəldib. “Barcelona”nın xalı isə 48 olaraq qalıb.
Qeyd edək ki, “Osasuna” gələn həftə rəqib meydanında “Xetafe”yə qonaq olacaq. “Barselona” isə öz meydanında “Valensiya”nı qəbul edəcək.
Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR