"Barselona"nın daha bir futbolçusu koronavirusa yoluxdu

"Barselona"nın daha bir futbolçusu koronavirusa yoluxdu
İDMAN
20:00 28.12.2021
259
İspaniyanın "Barselona" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

AZXEBER.COM Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Xordi Albanın testi müsbət nəticələnib.

32 yaşlı cinah müdafiəçisi komandanın səhər məşqini buraxıb və evində təcrid olunub.

Qeyd edək ki, daha əvvəl "Barselona"da Dani Alveş və Kleman Lanqlenin koronavirus testləri müsbət çıxıb.
OXŞAR XƏBƏRLƏR