"Barselona"nın futbolçusunun evinə silahlı basqın olub

"Barselona"nın futbolçusunun evinə silahlı basqın olub
İDMAN
12:06 08.08.2025
175
İspaniyanın "Barselona" klubunda çıxış edən Pyer Emerik Obameyanqın evindən oğurluq edildiyi bildirilir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dörd silahlı şəxsin 33 yaşlı Pierre Emerik Aubameyanqın ailəsinin də yaşadığı evə daxil olaraq futbolçunu və həyat yoldaşını silahla hədələyib, içərisində bəzi qızıl-zinət əşyaları olan seyfin içindəkiləri götürüb qaçıblar.

Aubameyang və həyat yoldaşının çənəsinə dəmir çubuqla vurulub, əlləri bağlanıb və təxminən bir saat yerdə uzanıqlı halda qalıblar. Yüngül xəsarətlər alan futbolçunun və həyat yoldaşının vəziyyətinin yaxşı olduğu, qaçan soyğunçuların axtarışlarının davam etdiyi bildirilir.

Futboçu açıqlamasında bildirib:
 
"İçəri girən kimi məni döyməyə başladılar. Döyüşmək istəyirdim, amma bir nəfər aşağı düşüb uşaqlarımı və qayınanamı girov götürdü. O an nəsə etməkdə aciz idim. Səhv bir şey etsəydim, ailəmin başına nəsə gələ bilərdi. Evi gəzdik, istədiklərini verdik, qaçdılar. Biz də əlimiz-qolumuz bağlı bir saata yaxın gözləməli olduq".
 
Aysel
OXŞAR XƏBƏRLƏR