Baş ağrısı ilə xəstəxanaya müraciət edən qadın təcili yardım otağında yuxuya gedəndə həyatının son 30 ilini unudub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Luziana ştatında 60 yaşlı Kim Denikola şiddətli baş ağrısı və bulanıq görmə şikayətləri ilə xəstəxanaya müraciət edib.
Təcili yardım otağında yatırılan qadın oyananda yaddaşını itirib. Ömrünün son 30 ilini unudan Denikola həmin illərdə baş verən heç bir şeyi xatırlamayıb.
Amneziya diaqnozu qoyulan qadın 1980-ci illərdə olduğunu zənn edib.
Həkimlər onun yaddaşını bərpa etməsinin mümkün olmaya biləcəyini bildiriblər.
Günel