Baş həkim: "Tahir Əkbər əməliyyat olunmalıdır"

MƏDƏNİYYƏT
12:20 10.09.2015
2896
Hazırda Tahir Əkbərin vəziyyəti normaldır, huşu başındadır. Xəstəxanaya sabit-orta vəziyyətdə gətirilib.
Bunu APA-ya açıqlamasında Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov deyib.
Onun sözlərinə görə, hazırda əməliyyat üçün hazırlıqlar, müayinələr aparılır:
"Tahir Əkbərin ürəyində də problemlər var. Kardioloq icazə versə, əməliyyat olunacaq. Diaqnoz ikitərəfli xroniki baş-beyin substral hematomadır. Əməliyyat vacibdir. Vəziyyətindən asılı olaraq, ən azı bir həftə, on gün xəstəxanada yatmalıdır".
Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər sentyabrın 9-da Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR