Baş həkimdən ana və körpəsinin ölümü ilə bağlı AÇIQLAMA

Baş həkimdən ana və körpəsinin ölümü ilə bağlı AÇIQLAMA
SOSİAL
13:52 19.01.2017
905

 

Dünən Ağcabədi rayonunda ana və körpəsinin doğuş vaxtı vəfat etməsi ilə bağlı araşdırma aparılır. 

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb və ekspertiza təyin edilib.   

Xəstəxanadan bildirilib ki, 32 yaşlı Təzəgül Qaraşova həkimlərin rəyi əsasında qeysəriyyə əməliyyatı edilib. Əməliyyatla körpə dünyaya gəlib, lakin qadının halı normallaşmayıb və həkimlərin müdaxiləsinə baxmayaraq o vəfat edib. Bir neçə saat sonra isə körpə də ölüb.

Faktla bağlı Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiya və Məhkəmə Tibbi Ekspertiza və Patolooji Anatomiya Birliyi tərəfindən ölümün səbəbləri ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri bəlli olduqdan sonra məlumat veriləcək. 

///

 

Lent.az 

OXŞAR XƏBƏRLƏR