NATO-nun baş katibi Anders Foq Rasmussen velosipeddən yıxılaraq qolunu sındırıb. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı NATO-nun rəsmi nümayəndəsi Oan Lunqesku verib. Onun sözlərinə görə, Rasmussen Brüssel meşəsində velosiped sürərkən yıxılıb: “Hazırda o, özünü yaxşı hiss edir. Ancaq bununla belə o, bir neçə gün iş yerində olmayacaq”.Xatırladaq ki, bu həftə Rasmussen Latviya, Litva və Estoniyaya səfər etməli idi. Onun velosipeddən yıxılması səbəbindən bu ölkələrə səfər təxirə salınacaq.