Baş leytenant olan əməkdar artistdən həmkarlarına: "Bir az utanın"

SOSİAL
01:16 08.04.2016
3232

Əməkdar artist Zaur Əmiraslanov son günlər cəbhə bölgəsindən şəkil çəkdirib paylaşan sənətçilərə etirazını bildirib.

Əmiraslanov onları qeyri-səmimilikdə qınayıb:

"Ay kişi, öz işinizlə məşğul olun da. Baxırsan, oxumağı da bir şey deyil e. O gün də qonşu kanalda bir sənətçiylə qonağam. Guya vətənpərvərlik mahnısı oxuyur. Mahnının içində iki yerdə qəhrəmanlarımızın adı çəkilir, amma 6-8 ritmindədir. O ritmdə vətənpərvərlik mahnısı olmur. Bəziləri də əsgərlərlə şəkil çəkdirib paylaşırlar, özlərini reklam edirlər. Ayıbdır. Mən hərbi rütbə daşıyıram, baş leytenantam, amma o geyimdə şəkil çəkdirib paylaşmıram. Çünki əsl zabitlərdən, o formaya qanı tökülmüş zabitlərdən ayıbdır. Bir az utanın".

Xatırladaq ki, "Bu şəhərdə"nin rəhbəri Müşviq Abbasov da oxşar fikirlərlə çıxış edib. Onun səsləndirdiyi fikirlər bəzi şou nümayəndələrinin narazılığına səbəb olub. /// olke.az

OXŞAR XƏBƏRLƏR