Baş nazirlərin Azərbaycana səfəri başa çatdı - FOTO

Baş nazirlərin Azərbaycana səfəri başa çatdı - FOTO
SİYASƏT
22:02 30.10.2017
1167
Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayevin Azərbaycana səfəri bu gün başa çatıb.
 
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Baş nazir Bakıtjan Saqintayevi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
 
Bu gün Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin də Azərbaycana səfəri başa çatıb.
 
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
 


OXŞAR XƏBƏRLƏR