“Başım oyuna qarışmışdı” - Özünü öldürən Gülnarın əri

“Başım oyuna qarışmışdı” - Özünü öldürən Gülnarın əri
SOSİAL
00:36 14.10.2016
1939
"Biz bir-birimizi çox sevmişik. Telefon danışıqlarından sevgi mesajlarımız üzə çıxacaq. Biz dəvət olduğumuz toyların bəy-gəlin masasında əyləşib şəkil çəkdirirdik. Sanki hər dəfə toyumuz olurdu. Yoldaşım canına qıydı. Mən isə uşaqlarım üçün yaşayıram. Onların təhsil almasını istəyirəm. Gündüz fəhləlik edib, axşam mühafizəçi kimi işləyirəm ki, övladımın heç nəyə ehtiyacı olmasın. Mən övladlarımı istəyirəm”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri oktyabrın 3-də Bərdə rayonu Qaradəmirçi kəndində evdə meyiti tapılan 25 yaşlı Quliyeva Gülnar Xurşud qızının həyat yoldaşı Həsənov Rəşad Məmmədhüseyn oğlu "Bizim Yol”a açıqlamasında bildirib.
 
O, həyat yoldaşının ailə üzvlərinin özünə qarşı ittihamlara da cavab verib. R.Həsənov deyib ki, bir müddət başı internet oyunlarına qarışdığı üçün həyat yoldaşı ilə münasibətlərində soyuqluq olub: "Mən bir müddət internet klubuna mütəmadi gedirdim. Bu zaman Gülnar küsüb evdən getdi. Üç ay bir yerdə yaşamadıq. Mən onu ac-susuz qoymamışdım. Sadəcə başım internet oyununa qarışmışdı”.
 
Rəşad Həsənovun sözlərinə görə, o ölüm hadisəsi baş verən zaman təcili tibbi yardıma və polisə məlumat verib: "Yas mərasimində iştirak etmək istəmişəm, amma mənim iştirak etməyimi istəməyiblər. Mərasimə getsəm öldürəcəkləri ilə hədələyiblər. Bəli, hər ailədə narazılıq olur. Bu o demək deyil ki, öldürmək lazımdır. Boşanmaq istəmişik, amma məhkəməyə müraciət olmayıb. Son günlərdə atası da bizimlə qalıb. Mehriban olmuşuq. Biz mehriban olmasaq, Gülnarın valideyni bizim evdə tez-tez gəlməzdi”. R.Həsənov tibbi ekspertizanın nəticəsində ölüm hadisəsinin səbəbinin aydın olacağını bildirib: "Araşdırma gedir. Gülnarın intihar etməsinin səbəbini açıqlaya bilmirəm. Bu səbəbi Gülnarın qardaşı bilir. Gülnarın telefon danışıqları və tibbi ekspertiza onun ölüm səbəbini ortaya qoyacaq”.
 
Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı