Almaniya "Bavariya"sı "Borussiya" (Mönxenqladbax) klubunda çıxış edən 13 yaşlı futbolçu Mayk Uisdomla anlaşıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Münhen təmsilçisi istedadlı oyunçunun keçidi üçün 300 000 avro təzminat ödəyəcək.
O, "Bavariya"ya cari mövsümün sonunda qoşulacaq və hələlik U-14 komandasında çıxış edəcək.
Qeyd edək ki, "Bavariya" Bundesliqada 27 turdan sonra 63 xalla turnir cədvəlinə başçılıq edir.