"Bavariya"nın futbolçusu Niderland klubuna keçə bilər

"Bavariya"nın futbolçusu Niderland klubuna keçə bilər
İDMAN
18:56 19.08.2025
218
Almaniyanın "Bavariya" klubunun futbolçusu Pol Uanner karyerasını Niderlandda davam etdirə bilər.

PSV 19 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Oyunçu 2024/2025 mövsümündə icarə əsasında "Haydenhaym"da çıxış edib. O, 41 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Pol Uannerin Münhen təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.
OXŞAR XƏBƏRLƏR