"Bavariya"nın son 20 ildəki ən uğursuz 10 transferi - FOTOLAR

"Bavariya"nın son 20 ildəki ən uğursuz 10 transferi - FOTOLAR
İDMAN
13:08 11.06.2020
1494

Almaniyanın ən böyük komandalarından biri olan "Bavariya" heç də həmişə transferlərə xərclədiyi pulların əvəzini oyunçularından qazana bilməyib.

AzxeberSport "Bavariya"nın transfer maliyyəti-performans təhlili baxımındanson 20 ildə ən uğursuz 10 transferini hazırlayıb.  
 
10. Pepe Reina
 
"Barselona" yetirməsi olan ispan qapıçının karyerası zəngin olsa da, 2014-cü ildə gəldiyi "Bavariya"da heçdə uğur qazana bilməyib. 3 milyon avroya transfer olunan Reina Almaniyada cəmi 3 matçda oyuna çıxa bilir. Buna səbəb klubun əsas qapıçısının Noyer olmasına baxmayaraq, Reina nəyinki onun performansının kğlgəsində qaldı, hətta onunla mübarizə belə apara bilmədi. Mövsümün sonunda "Napoli"yə 2 milyon avroya geri göndərilən oyunçu hazırda "Aston Villa" formasını geyinir.
 
Casillas, Lloris & Arsenal's potential new No.1s | Goal.com
 
9. Takaşi Usami

2011-ci ildə "Bavariya" rəhbərliyi maraqlı transfer gerçəkləşdirdi. Yaponiyanın "Qamba Osaka" adlı klubundan 18 yaşlı Takaşi Usamini icarəyə götürdülər. Ancaq rəhbərlik bu transferin uğursuz olduğunu ilk matçlardan anladı. Almaniya klubuna öyrəşməkdə çətinlik çəkən oyunçu klubda xoşbəxt deyildi. Əsas komanda ilə cəmi 5 oyun oynayan yapon millisinin hazırkı üzvü gözləntiləri doğrultmadı və mövsüm sonu klubdan göndərildi.
 
Japan starlet Takashi Usami scores winner and produces man-of-the ...
 
8. Marsel Yansenn

"Borussiya Mönşinqladbax"da yüksək performans sərgiləyən oyunçu 2007-ci ildə "Bavariya"nın diqqətini cəlb edir.  "Bavariya"nın skautları Yansenn üçün sabiq klubuna 14 milyon avro ödəsə də, oyunçu kluba tam öyrəşə bilmir. 2 ildə cəmi 17 matç geyinən alman oyunçu 6 milyon zərər ilə "Hamburq"a transfer olunur.
 
Götze, Podolski und Co: Die Floppo-Parade
 
7. Sebastian Dizler

2002-ci ildə "Bavariya" Sebastian Dizleri transfer edir. İlk vaxtlar yaxşı performansı ilə göz oxşayan oyunçu tez-tez zədələnməyə başlayır. 5 ildə 94 matçda forma geyinmək şansı tapan Dizler alman klubuna 9 milyon vroya transfer olmuşdu. Oyunçu o qədər zədələnir ki, 2007-ci ildə lkaryerasını sonlandırmaq məcburiyyətində qalır.
 
Sebastian Deisler wird 40: Der sensible Ballzauberer, der nicht in ...
 
6. Joze Sosa

"Estudiantes"in yetirməsi olan oyunçu 22 yaşında "Bavariya"ya 9 milyona gəlir. Argentinalı böyük ümidlərlə gəlsədə ümidləri doğrulda bilmir. Mərkəz oyunçusu 2 mövsüm sonra sabiq komandasına icarəyə verilir. Daha sonra Sosa "Atletiko Madrid", "Beşiktaş" , "Milan" kimi klublarda yüksəlişə keçir. Hazırda "Trabzonspor"un əsas simalarındandı.
 

Del Pincha a Alemania - Deportes

5. Lukas Podolski

"Köln" ilə ulduzlaşan hücumçu 2006-ci il Dünya Çempionatında Almaniya millisi ilə oynadığı oyunlarda daha da parladı. Həmin il "Bavariya" skautları Podolskini 10 milyon avroya kluba transfer edir. Ancaq bir il sonra kluba Luka Toni də transfer olunur. Kloze ilə mükəmməl ikili olan Toni Podolskidən formanı alır. Beləliklə, millinin 10 nömrəsi artıq enişə keçir. 2009-cu ildə "Köln"ə geri dönən almaniyalı "Arsenal", "İnter" , "Qalatasaray" kimi titullu klubların formasını geyinir. Hazırda "Antalyaspor"un kapitanıdır.

Arsenal's Podolski ready for Bayern's 'big players' | UEFA ...

4. Landon Donavan

Amerikalı oyunçu "Bavariya" tarixinin ən uğursuz transferlərindən biridir. 2009-cu ildə icarə əsasında alman klubuna gələn Donavan bərbad karyera ilə klub tarixinə düşən oyunçulardandır. Cəmi 7 matçda oynayan oyunçu mövsüm sonu gəldiyi "LA Qalaksi"yə geri dönür.

Bayern Munich's worst signings of the last 20 years | Goal.com

3. Medhi Benatia

Mərakeş millisinin müdafiəçisi üçün 2014-cü ildə Avropa nəhəngləri yarışırdı. "Bavariya" rəhbərliyi Benatianın transferini açıqladıqdan sonra "Mançester Siti", "Real Madrid" kimi klubların böyük müdafiəçi itirdiyi bildirilirdi. Ancaq gözlənilənlər olmadı. 28 milyon dollara "Roma"dan transfer olunan müdafiəçi Hummelsin də gəlişi ilə əsas heyətdən uzaqlaşmağa başladı. "Bavariya"dan sonra 4 il "Yuventus"da oynayan milli oyunçu hazırda "Əl - Duhail"də forma geyinir.

Bundesliga: Benatia leaves Bayern Munich for Juventus | Sports ...

2. Breno Borges

2007-ci ildə "Sao Paulo"dan böyük ümidlərlə transfer olan gənc oyunçu "Bavariya" rəhbərliyini şoka saldı. İlk vaxtlar əsas komanda ilə çıxış etməyə başlayan oyunçu pula həris oldu. Sğortadan pul almaq üçün evini bilərəkdən yandıran braziliyalı 2,5 illik həbs cəzası almaqla "Bavariya" karyerasını bitirdi. sabiq klubunda futbola yenidən başlayan Borges hazırda klubsuzdur.

Breno's Germany adventure is finished as he returns to Brazil ...

1. Mario Götze

Tam bir "fiasko". "Bavariya" tarixinin ən uğursuz transferi.

2013-cü ildə "Borussiya Dortmund"dan 37 milyon avroya transfer olunan alman oyunçu üçün bonuslarla birlikdə cəmi 45 milyon avro ödənilir. Almaniya futbolunda ulduz sima kimi qiymətləndirilən oyunçuya ödəniləcək məbləği hec cür geri qaytara bilməyəcək olan "Bavariya"nın yeganə təsəllisi bir il sonra "Dortmund"dan Levandovskinin pulsuz kluba qoşulması olacaqdı. "Bavariyada ümidləri doğrulda bilməyən oyunçu sabiq klubuna dönən növbəti oyunçu olur. 2016-cı ildən "Dortmund"da çıxış edən oyunçunu artıq istəyən klub belə yoxdur.

Marco Reus Reveals How Mario Gotze Told Him About Controversial ...

 Hüseyn Qarazadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım