Noyabrın 5-də keçiriləcək prezident seçkilərinin qalibindən asılı olmayaraq, ABŞ prezidenti Co Baydenin andiçmə mərasiminə qatılacağı bildirilib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jan-Pyer gündəlik mətbuat brifinqində prezident seçkiləri ilə bağlı açıqlamalar verib.
Jan-Pyer bildirib ki, Bayden prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq , onun andiçmə mərasimində iştirak edəcək.
"Andiçmə mərasimində iştirak etmək, orada olmaq, müntəzəm olaraq görülən işlər protokol qaydasıdır. O, bu prosesdə mütləq iştirak edəcək"- deyə Pierre qeyd edib.
Qeyd edək ki, keçmiş prezident Donald Tramp bu ənənəni pozaraq 2021-ci ilin yanvarında Baydenin andiçmə mərasiminə qatılmamışdı.
Cəmalə