Bayden tərəfdarları ABŞ-nin İsrailə silah göndərilməsinin dayandırılmasını istəyir

Bayden tərəfdarları ABŞ-nin İsrailə silah göndərilməsinin dayandırılmasını istəyir
DÜNYA
12:58 06.03.2024
121
ABŞ-də aparılan sorğu 2020-ci ildə Co Baydenə səs verənlərin 62%-nin onun İsrailə silah tədarükünü dayandırması fikrində olduğunu ortaya qoyub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ilin sonunda ABŞ-də seçkilər keçiriləcək. İsrail ordusunu silahla təmin edən ABŞ-də sorğu keçirilib.

Sorğuda iştirakçılara belə bir sual verilib: "Mütəxəssislər deyirlər ki, İsrail ABŞ tərəfindən davamlı olaraq silah tədarükü olmadan Qəzza xalqına qarşı hücumlarını həyata keçirə bilməz. Sizcə, İsrail hücumlarını dayandırana qədər ABŞ silah tədarükünü dayandırmalıdırmı?” 

Bayden tərəfdarlarının 62%-i "hə” deyib.

Sorğunun nəticələrinə görə, 2020-ci ildə Co Baydenə səs verənlərin 62%-i bu suala "bəli”, 14%-i "xeyr”, 24%i isə qərarsız olduğunu bildirib.

Səs verməyənlər silah yardımının dayandırılmasını tələb ediblər.

Ayşən
OXŞAR XƏBƏRLƏR