Bayden Trampın Orbanla görüşünü tənqid etdi

Bayden Trampın Orbanla görüşünü tənqid etdi
DÜNYA
23:21 09.03.2024
303
ABŞ Prezidenti Cozef Bayden sabiq ölkə lideri Donald Trampın Florida ştatında Macarıstanın Baş naziri Viktor Orbanla görüşünü tənqid edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "The Guardian” yazıb.

"Bilirsiniz, bu gün o (Tramp – red.), Mar-a-Laqoda kiminlə görüşür? Qətiyyətlə demokratiyanın işlədiyinə inanmadığını deyən və diktatura axtaran Macarıstandakı Orbanla”, – Bayden deyib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, o, "demokratiyanın gözdən salındığı deyil, müdafiə olunduğu” gələcəyin tərəfdarıdır.
OXŞAR XƏBƏRLƏR