ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə böyükmiqyaslı müharibənin başlayacağına inanmır.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu suala Bayden Ağ Evdə İsrailin Livana hücumları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən cavab verib.
"Mövcud vəziyyətdən daha böyük müharibənin olacağına inanmıram. Düşünürəm ki, bundan qaça bilərik" - deyə ABŞ rəhbəri qeyd edib.
ABŞ qüvvələrinin İsrailə kömək üçün göndərilib-göndərilməyəcəyi ilə bağlı suala Bayden ABŞ-nin artıq İsrailə kömək etdiyini bildirib və biz İsraili qoruyacağıq deyib.
Cəmalə