Bayden: Yaxın Şərqdəki vəziyyət regional müharibəyə çevrilə bilər

Bayden: Yaxın Şərqdəki vəziyyət regional müharibəyə çevrilə bilər
DÜNYA
20:46 11.08.2024
162
Yaxın Şərqdə baş verənlər regional müharibəyə çevrilə bilər, lakin Qəzza zolağında atəşkəs hələ də mümkündür.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden CBS televiziyasına müsahibəsində deyib.

"Bəli. Qəzzada atəşkəs hələ də mümkündür", - dövlət başçısı Qəzzada atəşkəsin mümkünlüyü barədə suala cavabında bildirib.

O qeyd edib ki, "Yeddilik Qrupu”, BMT Təhlükəsizlik Şurası və digərləri tərəfindən bəyənilən atəşkəs planı hələ də qüvvədədir.
OXŞAR XƏBƏRLƏR