Baydenə qarşı etiraz aksiyası keçirildi

Baydenə qarşı etiraz aksiyası keçirildi
DÜNYA
14:38 17.04.2024
120
ABŞ Prezidenti Co Bayden İsraili dəstəklədiyi üçün məmləkətində ona qarşı etiraz aksiyası keçirilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden İsraili dəstəklədiyi üçün məmləkəti Pensilvaniya ştatının Skranton şəhərində Fələstin tərəfdarı nümayişçilər tərəfindən etiraz edilib.

Bayden noyabrın 5-də ölkədə keçiriləcək prezident seçkiləri üçün kampaniya apardığı Skranton Mədəniyyət Mərkəzindən çıxarkən bir qrup fələstinli tərəfdarla qarşılaşıb.

Nümayişçilər "Bayden, Bayden, gizlənə bilməzsən, biz səni soyqırımda ittiham edirik” şüarları səsləndirib.

Nəzrin
OXŞAR XƏBƏRLƏR