Baydenin həyat yoldaşı koronavirusa yoluxdu

Baydenin həyat yoldaşı koronavirusa yoluxdu
DÜNYA
18:08 05.09.2023
237
ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden koronavirusa yoluxub. 

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Ağ evdən verilən açıqlamada 72 yaşlı birinci xanımın Covid-19 testinin müsbət çıxdığı bildirilib.

Yüngül simptomlar göstərən Cil Baydenin Delaverdəki evində dincəldiyi, 80 yaşlı ABŞ prezidenti Baydenin test nəticəsinin mənfi olduğu qeyd edilib.
 
Açıqlamada ABŞ prezidentinin səhhətinin yaxından izlənildiyi və həftənin qalan hissəsində mütəmadi olaraq testlərin aparılacağı qeyd edilib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR