Çelyabinsk vilayətinin istintaq idarəsi Rusiya bayrağı ilə striptiz göstərilməsi barədə KİV-də gedən məlumatlarla bağlı istintaq başlayıb.
Hadisə ilə bağlı cinayət işi də başladıla bilər.Agentliyin məlumatına görə, söhbət Çelyabinskin "İnfanta" şou-baletinin Çebarkulda yerləşən "Uralskie Zori" otelində keçirdiyi tamaşadan gedir. Nəşrin saytında dərc olunmuş fotoşəkildə Rusiya bayrağına bürünmüş qız sonra onu çıxararaq döşəməyə atıb.