05:38 çərşənbə, 19 Sentyabr 2018
DÜNYA

Bayrağı endirmək istədi, ölümünə döyüldü - Türkiyə bu görüntüdən danışır + Video

22:02, 12.03.20182077
Bayrağı endirmək istədi, ölümünə döyüldü - Türkiyə bu görüntüdən danışır + Video

Antalya şəhərinin Alanya qəsəbəsində bir nəfər Türkiyə bayrağını endirmək üçün dirəyə çıxıb.

Bunu görən ətrafdakı insanlar dərhal onu çevrəyə alıblar və dirəkdən endirməyə çalışıblar.

Müxtəlif alətlərlə ona zərbələr endirərək aşağı salmağı bacaran qəzəbli qrup, həmin şəxsi linç ediblər. Daha sonra isə polis əməkdaşlarına təhvil veriblər.

Adı açıqlanmayan şəxsin əqli qüsurlu olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

qafqazinfo

XƏBƏR LENTİ