Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Turnirdəki təmsilçimiz "Qarabağ” da qrupda son matçını keçirəcək. Qurban Qurbanovun komandası İsveçrədə "Bazel”lə həlledici matça çıxacaq.
"Bazel"lə xalları eyni olsa da, top fərqinə görə 2-ci pillədə qərarlaşan Ağdam klubu qrup qalibi olmaq üçün mütləq qələbə qazanmalıdır.
Qrup lideri olan komanda birbaşa 1/8 finala yüksələcək. Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.
AZXEBER.COM bu gün baş tutacaq qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir.
9 dekabr
Avropa Liqası
21:45 "Napoli" – "Lester" (Futbol 1)
21:45 "Şturm" – "Monako" (Futbol 3)
21:45 "Legiya" – "Spartak" (Moskva) (CBC Sport, Matç TV)
21:45 "Real Sosyedad" – PSV (Futbol 2)
00:00 "Marsel" – "Lokomotiv" (Moskva) (Matç TV)
00:00 "Braqa" – "Srvena Zvezda" (Futbol 2)
00:00 "Latsio" – "Qalatasaray" (Futbol 1)
Konfrans Liqası
00:00 "Bazel" – "Qarabağ" (CBC Sport)