BDYPİ: Uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi vacibdir

BDYPİ: Uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi vacibdir
SOSİAL
10:08 07.02.2026
261

Uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu səfərə çıxan sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, həftəsonları ölkə əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir:

"İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır".

Müraciətdə vurğulanıb ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Müəllif
Nəcməddin Quluzadə
Nəcməddin Quluzadə
Sosial şəbəkələrdə paylaşın
Дорожная полиция: При дальних поездках водителям важно делать перерывы

OXŞAR XƏBƏRLƏR