Belçikada muzeydən Napoleona məxsus üzük oğurlanıb

Belçikada muzeydən Napoleona məxsus üzük oğurlanıb
DÜNYA
22:24 19.12.2025
155
Belçikanın Jenap kommunasında yerləşən Son Qərargah Muzeyində Napoleon Bonaparta məxsus üzük naməlum şəxslər tərəfindən oğurlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "RTBF" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 17-dən 18-nə keçən gecə baş verib. Oğurlanan eksponatlar arasında birbaşa Napoleona məxsus olduğu bildirilən almaz qaşlı qızıl üzük, eləcə də Napoleon dövrünə aid qızıl və gümüş sikkələr yer alıb.

Faktla bağlı araşdırma başlanıb.
OXŞAR XƏBƏRLƏR