Məşhur türkiyəli müğənni Bengü uşaqları və dostları ilə getdiyi tətildə ölümdən dönüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar çıxdıqları gəmi gəzintisində qasırğaya düşüblər.
Müğənni həmin görüntüləri sosial mediada yayımlayaraq hadisəni şərh edib:
"Əvvəlcə güclü yağış buludunun arasından keçdiyimizi düşündük. Sonra məlum oldu ki, qasırğa düz qayığımızın üstündədir. Bütün qayıqlar köməyimizə tələsdi, batmaqdan son anda xilas olduq".
Aysel












































