Muradovanın tələbə oğlu Bakıda kirayədə qalırmış.
Faktla bağlı cinayət işi başlanıb.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Cumalar kəndində yaşayan 1962-ci il təvəllüdlü Şükufə Muradova özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun asılmış meyidini qonşuları tapıb.
Qeyd edək ki, Şükufə Muradova qayınatası və həyat yoldaşı ilə yaşayırmış. Oğlu Bakıda təhsil alır və kirayədə qalırmış. Həyat yoldaşı bir müddət əvvəl Bakıya müalicəyə gedib. Şükufə Muradova 100 yaşlı qayınatası ilə birlikdə qalırmış. Yaşlı kişinin də xəstə olduğu bildirilir.
Hazırda 52 yaşlı qadının hansı səbəbdən intihar etdiyi araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.