Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsini 3 futbolçu tərk edəcək.
AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadla verdiyi məlumata görə, Əli Gökdəmir və Cavid İmamverdiyev U-21-in heyətinə qoşulacaq. Vurğun Hüseynov isə zədəli olduğu üçün millinin düşərgəsindən ayrılacaq.