Beş sığorta şirkəti təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya alıb

İQTİSADİYYAT
11:00 05.03.2014
1138

Maliyyə Nazirliyi tərəfindən 5 sığorta şirrkətinə təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.

AZXEBER.COM-un Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, bunlar “Paşa Sığorta”,“Meqa Sığorta”, “AzSığorta”, “Azərbaycan Sənaye Sığorta” və “Xalq Sığorta” şirkətləridir.Qeyd edək ki, hazırda ölkədə 28 sığorta şirkəti fəaliyyət göstərir. Yanvar ayında sığorta şirkətlərinin cəmi yığımları 61 mln. 131 min 589 manat, ödənişləri 8 mln. 75 min 951 manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR