Futbol üzrə Türkiyə Super kubokunun yeni sahibinin adına aydınlıq gəlib.
BAKU.WS xəbər verir ki, ötən mövsüm çempion olmuş "Qalatasaray" kuboku klub muzeyinə aparmış "Beşiktaş"la üz-üzə gəlib. Qarşılaşma "Qara qartal"ın "Cim-Bom"u darmadağın etməsi ilə yekunlaşıb - 5:0. Qarşılaşmada hesabı oyunun 21-ci saniyəsində italiyalı futbolçu Ciro İmmobile açıb.
"Beşiktaş"ın baş məşqçisi Covanni Van Bronkhorst Jan Tiqanadan sonra İstanbul təmsilçisi ilə Super kuboku qazanan ilk əcnəbi baş məşqçi olub.