"20 ildir bəstəkar mahnıları oxuyuram. Acından ölmürəm ki?"
AZXEBER.COM xəbər verir ki, bunu sevilən ifaçı Ayaz Qasımov "Tarixin bir günü" verilişində deyib.
Müğənni mahnı seçiminin ifaçının zövqündən xəbər veridiyini deyib:
"Mən bəstəkar mahnıları oxuyuram və bununla da fəxr edirəm. Çünki peşəkar musiqini təmsil edirəm. Üç ildir ümumiyyətlə efirlərə də çıxmıram. Nə acından ölmürəm, nə də işimdən kənarda qalmamışam. Belə danışmaq ayıbdır. Yaxşı, peşəkar musiqini ifa etmək müğənninin zövqündən xəbər verir. Bayağı mahnı dinləməklə İQ səviyyəmizi, zehnimizi, düşüncəmizi korlayırıq".
Aysel