“BeUstad” Təhsil Mərkəzi işinin ustadı olmaq üçün şans yaradır - FOTOLAR

“BeUstad” Təhsil Mərkəzi işinin ustadı olmaq üçün şans yaradır - FOTOLAR
SOSİAL
11:03 14.10.2021
428
Təhsil sözün geniş mənasında fərdin düşüncələrinin, xarakteri və fiziki qabiliyyətlərinin formalaşması prosesidir. İnsanın əldə etdiyi biliklərin, bacarıqların və dəyərlərin bir nəsildən digərinə ötürülməsidir. Təhsil inkişafa, sosial və iqtisadi uğurlara nail olmaq üçün fərdin imkanları və potensialına əsaslı təsir göstərir. O, insanları bilik və məlumatlarla təmin etməklə yanaşı, özünə hörmət və inam hissi yaratmağa, potensialı reallaşdırmağa kömək edir.

Təhsil cəmiyyətin dünyada rəqabət qabiliyyətinin artırılmasını təmin edə biləcək ən fundamental amillərdəndir. XXI əsrdə cəmiyyətin inkişafına xidmət edən müasir texnologiyaların sürətli inkişafı artıq insanların universal bilik və bacarıqlara malik olmasını, bunun üçün də tədris prosesində innovativ metodların tətbiqini zərurətə çevirir.
 
Könül Əlibəyli

Hazırda dövrün ən çox tələb olunan müxtəlif sahələri üzrə yerli mütəxəssislərin yetişdirilməsi üçün ali təhsil müəssisələri ilə yanaşı, bir sıra təhsil mərkəzləri də fəaliyyət göstərməkdədir. "BeUstad” Təhsil Mərkəzi də məhz innovativ üsullara əsaslanmaqla, müvafiq sahələr üzrə peşəkar kadrlar hazırlayaraq yüksək səviyyədə xidmət göstərməkdədir. Mərkəzin əsas məqsədi müəllim, işçi heyəti və tələbələrin bilik, bacarıq və dəyərlərini kəşf edə biləcəyi, araşdıracağı yüksək səviyyəli təhsil mühiti yaratmaqdır. Burada tədris prosesində əldə olunan bilik və bacarıqların təcrübədə tətbiqi əsas meyar hesab edilir.
"BeUstad” Təhsil Mərkəzi, burada həyata keçirilən layihələr, tədris olunan proqramlar, tələbələrin fəaliyyəti ilə yaxından tanış ola bilməniz üçün hazırladığımız reportajı təqdim edirik:

Təhsil mərkəzində hər bir fərdə uyğun öyrənmə mühiti yaradılaraq, təcrübi bacarıqlar, liderlik, yaradıcı düşünmə vərdişləri aşılanır, tələbələrin uğurlu karyera qurmaları üçün daimi dəstək göstərilir. "BeUstad” komandası gənclərin ixtisaslaşdığı sahələrə dərindən bələd olmaları üçün yerli mütəxəssislərlə yanaşı, bır sıra xarici mütəxəssislər və şirkətlərlə əməkdaşlıq edir, tələbələrin dünya təcrübəsindən yararlanmalarını təmin edir.
"BeUstad”ın üstünlüklərindən faydalanaraq işinizin ustadı ola bilərsiniz.

Dinamik kurrikulum, mütəxəssis dəstəyi, karyerayönümlü proqramlar, iş imkanları, müxtəlif növ resurslardan istifadə, sosiallaşma imkanı təhsil mərkəzinin əsas üstünlüklərindəndir. "BeUstad”da dinamik, dəstəkləyici öyrənmə mühiti yaradıldığı üçün daima yeni təlimat proqramı hazırlanır. Tədris proqramları tələbələrin dəyişən və ya müxtəlif ehtiyaclarına uyğunlaşır. Orta məktəbdən və ya universitetdən sonra həm akademik mühitdə, həm də əmək bazarında rəqabətədavamlı olmaq üçün geniş fəaliyyət növləri təklif edilir.

Burada bütün tələbələr fərdi olaraq qiymətləndirilir və onlara dəstək göstərilir. Koordinasiyalı şəxslər onlara uyğun kursları seçməyə kömək edir. Seçim imkanları tələbələrin gələcək təhsil və karyera planlarına, qabiliyyətlərinə, maraqlarına, vərdişlərinə və təcrübəsinə görə dəyişə bilir. Odur ki, mərkəzdə peşəkarlar tərəfindən maliyyə məsləhətləri və ya təhsil dəstəyi də daxil olmaqla, bir sıra digər məsələlər barədə məlumat və tövsiyələr verilir.
Mərkəzdə tədris olunan karyerayönümlü proqramlar gələcəyin inkişaf edən sektorlarına aiddir və müxtəlif təcrübə sahələrini əks etdirir. Fəal tələbələrin "BeUstad” daxilində daha yüksək səviyyəli təhsil alması üçün böyük imkanlar təklif edilir. Bu proqramlarda təhsil bacarıqları, əlavə öyrənmə ehtiyacları, universitet və karyera planları kimi geniş mövzular müzakirə edilərək həyata keçirilir.

"BeUstad”da təlim prosesində ixtisasyönümlü biliklərdən əlavə, biznes bacarıqlarının inkişaf etdirilməsi həyata keçirilir ki, bu zaman bəzi avadanlıqların olması təlim prosesini daha maraqlı edir. Tələbələr müasir və dinamik bir mühitdə təhsillərini artırmaq üçün yeni texnoloji avadanlıqlardan istifadə edərək öyrənirlər. Buraya sinif otaqları, seminar otaqları, sakit iş sahələri və ümumi otaqlar daxildir.

"BeUstad”ın xarici tərəfdaşlığı sayəsində özünüzü beynəlxalq müstəvidə görə bilərsiniz.

Mərkəzdə tətbiq olunan, qabaqcıl beynəlxalq təcrübəyə söykənən tədris metodları sayəsində dünya arenasında müvafiq sahələr üzrə yüksək peşəkarlığa malik, rəqabətədavamlı mütəxəssislər hazırlanır. Məsələn, "BeUstad”ın Türkiyənin Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universiteti ilə əməkdaşlığı tələbələr üçün geniş perspektivlər açır. Onlar seçdikləri tədris proqramına əsasən, tərəfdaş ölkələrdə real layihələr üzərində çalışaraq fərqli təcrübə əldə edə bilərlər. Tələbələr yay tətilini daha səmərəli şəkildə keçirmək məqsədilə bu proqramlara qoşularaq, əsl mütəxəssis olmaq yolunda sürətlə irəliləyəcəklər.
"BeUstad”ın təcrübəli komandası uğurlu karyeraya addım-addım yaxınlaşdırır.

"BeUstad” Təhsil Mərkəzi müxtəlif sahələr (dizayn, tur bələdçiliyi, kulinariya, ümumi media və aparıcılıq, idman jurnalistikası, iqtisadiyyat, karyera planlaması, layihə menecmenti, sinif menecmenti, satış texnikaları, təqdimat bacarıqları, vaxtın idarə edilməsi və s.) üzrə yüksək səviyyəli tədris həyata keçirir. Tədris həm yerli, həm də xarici müəllim və mentorlar tərəfindən bir neçə aylıq proqram çərçivəsində və yaxud qısamüddətli tədbirlər (master-klass, vörkşop, təlim, seminar) şəklində aparılır. "BeUstad” tələbələrə sağlam rəqabət aparmaq üçün şərait yaradır, onların aktiv öyrənməsi üçün müəllim heyəti ilə birgə çalışır.
İnnovativ tədris metodları "BeUstad”ı digər təhsil mərkəzlərindən fərqləndirən əsas cəhətlərdəndir.

Tədris prosesində interaktivliyin təmin olunması öyrənənlərin daha sərbəst olmasına imkan yaradır. Dərs zamanı aparılan ətraflı fikir mübadiləsi sayəsində tələbələr yalnız müəllim və mentorlardan deyil, həm də öz yoldaşlarından yeni biliklər əldə edirlər. Dərslər o qədər maraqlı keçir ki, tələbələr işinin peşəkarı olmaq üçün qabaqcıl bilik və bacarıqlar qazanmağa can atırlar. Aktiv fəaliyyət planı əsasında texnoloji yeniliklərdən və öyrənmə vasitələrindən istifadə edilməklə, tələbələrə hərtərəfli dəstək göstərilir.

"BeUstad”da aparıcı universitetlər və tədris mərkəzləri tərəfindən yaradılmış və tətbiq edilən yüksək texnologiyalı və populyar innovativ vasitələr sırasında yer alan, təhsil prosesini daha effektiv, əlçatan və maraqlı edə biləcək müxtəlif multimedia, İnternet və video texnologiyalarından, həmçinin geymifikasiya (gamification ─ oyunlaşdırma) elementlərindən geniş şəkildə istifadə olunur.

"BeUstad” Azərbaycanda oyunlaşdırma metodlarını tədrisdə tətbiq edən ilk təhsil mərkəzlərindən biridir. Oyunlaşdırma metodu ilə tədris prosesi iştirakçılar üçün daha asan və tez qavranabilən olur. Bu metod əsasən, tələbələrin diqqət probleminin həllinə kömək edir, iştirakçı tərəflərdə motivasiyanı yüksəltməyə və öyrənmə prosesini daha əyləncəli hala çevirməyə xidmət edir. Araşdırmalar göstərir ki, bu metod ənənəvi öyrətmə üsullarından dəfələrlə effektivdir.
Təhsildə oyunlaşdırma fərdlərin tədris prosesində könüllü iştirakına imkan yaradır, onların problem həll etmək bacarıqlarını mərhələli şəkildə inkişaf etdirir, yaradıcı düşünməyə təşviq edir, çətin mövzularda da öyrənmə prosesini asanlaşdırır, əzbərçilikdən uzaqlaşdırır və hər bir şəxsə xüsusi öyrənmək qaydası tətbiq edir. İştirakçılar arasında yaradılan güclü rəqabət mühiti beyinin daha aktiv olmasına səbəb olur.

"BeUstad”ın bütün təlim və kurslarında oyunlaşdırma metodunu tətbiq etməsi ilə iştirakçıların kurslarda öyrəndikləri bacarıqların gələcəkdə daha effektiv istifadəsinə imkan yaranır.

"BeUstad” karyera planlama, lazımi bacarıq və qabiliyyətləri inkişaf etdirmək və məqsədyönlü sosiallaşmaq üçün hər cür şərait yaradılmış ideal mərkəzdir. Təhsil mərkəzinin müvafiq tədris proqramlarını müvəffəqiyyətlə bitirən tələbələrə xüsusi sertifikatlar təqdim olunur.

Qeyd edək ki, "BeUstad” Təhsil Mərkəzinin əsasını 18-26 yaş arası gənclər qrupu təşkil etsə də, burada heç bir yaş məhdudiyyəti yoxdur. Sözügedən tədris proqramlarına qoşulmaq istəyənlər beustad.com saytına daxil olaraq, müraciət anketini doldura bilərlər. Həmçinin (051) 561 49 45 nömrəsi ilə əlaqə saxlayaraq və mərkəzin sosial şəbəkələrdəki rəsmi hesablarına mesaj yollayaraq da qeydiyyatdan keçmək mümkündür.
 






OXŞAR XƏBƏRLƏR