Beyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsi ilə bağlı daha bir məqam məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub.
Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.
Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.
01:03
Xəbər verdiyimiz kimi, Beyləqanda bir ailənin 4 üzvü qətlə yetirilib.
AZXEBER.COM Beyləqanda düşmənçilik ədavətinə görə güllələnərək qətlə yetirilən ailənin üzvlərinin adlarını təqdim edir:
1966-cı il təvəllüdlü Nadir Quliyev,
1971-ci il təvəllüdlü Tərgül Quliyeva,
1996-cı il təvəllüdlü Amin Quluzadə,
2002-ci il təvəllüdlü Xəyal Quluzadə.
23:35
Beyləqanda bir ailənin 4 üzvü öldürülüb.
Bu barədə AZXEBER.COM-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.