Beyləqanda itkin düşən qadının sümükləri tapıldı

Beyləqanda itkin düşən qadının sümükləri tapıldı
KRİMİNAL
17:02 12.11.2025
268
Beyləqanda itkin kimi axtarılan qadının meyiti tapılıb.

Ötən ay rayonun Qaradağlı kəndində itkin düşdüyü bildirilən Şücaət Müslüm qızı İsmayılovanın meyitinin qalıqları kolluq ərazidə aşkarlanıb.

İlkin məlumata görə, qadının meyiti vəhşi heyvanlar tərəfindən parçalanıb.

Faktla bağlı prokurorluqda araşdırma aparılır, ekspertiza təyin olunub.
OXŞAR XƏBƏRLƏR