Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu

Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu
KRİMİNAL
16:00 01.09.2025
320
Avqust ayının 31-də Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin  törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.

N.Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
OXŞAR XƏBƏRLƏR