“Beynəlxalq Pianoçular Günü” münasibətilə konsert keçirildi

“Beynəlxalq Pianoçular Günü” münasibətilə konsert keçirildi
MƏDƏNİYYƏT
12:24 08.11.2024
753
7 noyabr "Beynəlxalq Pianoçular Günü” münasibətilə konsert keçirilib. 

AZXEBER.COM xəbər verir ki,  konsert Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin böyük konsert zalında baş tutub. 

Konsertdə ilk dəfə Ernazar Gimarat, Almagul Konysbayeva, Nigar Heydərli, Samirə Musayeva, Gülnaz və Səbinə Eldarlı, İran Əliyeva, Mətanət Nurullayeva tərəfindən  Qazaxıstan və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub. 

Qeyd edək ki, noyabrın 8-də Beynəlxalq Pianoçular Günü  bütün dünyada qeyri-rəsmi bayram  kimi qeyd olunur.  

Bu, təkcə ağ-qara düymələri ustalıqla mənimsəyən musiqiçilərin deyil, həm də fortepiano musiqisini sevənlər, tələbə musiqiçilər, müəllimlər və hətta aləti yaradan ustaların bayramıdır.

 

 

 

OXŞAR XƏBƏRLƏR