Beynəlxalq təşkilatdan kəlbəcərli girovlarla bağlı - MÜRACİƏT

Beynəlxalq təşkilatdan kəlbəcərli girovlarla bağlı -  MÜRACİƏT
SİYASƏT
00:30 20.07.2014
1255

Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondu Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisində azərbaycanlıların əsir götürülməsi ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib. 

Bu barədə Fondun mərkəzi ofisindən məlumat verilib.

AZXEBER.COM xəbər verir ki, AzərTAc-a daxil olmuş məlumata görə, müraciətdə işğal olunmuş Kəlbəcər rayonunda doğma yurdlarına ata-babalarının məzarlarını ziyarət etməyə gedərkən amansız işgəncələrə məruz qalmış azərbaycanlıların erməni hərbçiləri tərəfindən əsir götürülməsi ilə əlaqədar ciddi narahatlıq ifadə edilib. Müraciətdə deyilir: “Baş vermiş hadisələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması prosesinə mənfi təsir göstərir, ümumiyyətlə, Qara dəniz – Xəzər dənizi regionunda təhlükəsizliyin və sabitliyin bərpasına maneçilik törədir. Beynəlxalq Fond bunu başa çatmaq mərhələsində olan “Barışığa doğru gedən yol: uzun sürən Qara dəniz - Xəzər dənizi regionu münaqişələrinin iqtisadi, sosial və siyasi nəticələri və onların nizama salınması perspektivləri” adlı elmi-tədqiqat işində də xüsusi qeyd edir”. Müraciətdə xüsusilə vurğulanır ki, bu hərəkətləri ilə Ermənistan tərəfi beynəlxalq hüquq normalarını və Helsinki Yekun Aktının prinsiplərini pozur.

Müraciətdə daha sonra deyilir: “Bundan başqa, Qarabağda Azərbaycana qarşı Ermənistanın 22 illik hərbi təcavüzü beynəlxalq prinsiplərin və normaların, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, xüsusən də atəşin dayandırılması məqsədi ilə bütün hərbi əməliyyatlara və düşmənçilik aktlarına dərhal son qoyulmasını, habelə bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılmasını tələb edən 822-ci qətnamənin yerinə yetirilməməsi problemlərinin mövcud olduğunu təsdiq edir”.

Sənəddə beynəlxalq birliyin, xüsusən ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinə laqeyd münasibət göstərdiyi qeyd olunur və bildirilir ki, hamı vasitəçilərdən aktiv fəaliyyət gözləyir.

Müraciətdə deyilir: “Beynəlxalq Fond Beynəlxalq Qırmızı Xaç Komitəsini onun bütün imkanlarından istifadə edərək əsirlərin müvəqqəti saxlanması üçün normal şəraiti təmin etmək məqsədi ilə ən qısa müddətdə lazımi tədbirlər görməsinə imkan verən mandat çərçivəsində əsirlərlə görüş təşkil etməyə və onların tezliklə azad edilməsinə nail olmağa çağırır. Beynəlxalq Fond bir daha qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və prinsipləri, ərazi bütövlüyünə, suverenliyə hörmət, qüvvə tətbiq etməmək, dinc vətəndaşlara qarşı zor işlətməmək prinsipləri əsasında ən qısa bir zamanda nizama salınmalıdır”.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda