11:12 çərşənbə, 21 Fevral 2018
GƏNCLİK

Beynəlxaq PR Assosiasiyasının prezidenti Azərbaycana səfər edəcək

14:14, 06.02.2018307
Beynəlxaq PR Assosiasiyasının prezidenti Azərbaycana səfər edəcək
Beynəlxaq PR Assosiasiyasının (IPRA) prezidenti Bart de Vries fevralın 16-20-də Azərbaycana səfər edəcək.
 
AZXEBER.COM-un məlumatına görə, səfərin məqsədi 17-18 fevralda ölkəmizdə keçiriləcək I Beynəlxalq PR Yaradıcılığı Forumunda iştirak etməkdir. İlk dəfə Azərbaycana səfər edəcək B.Vries IPRA olaraq bu forumu dəstəklədikləri üçün qürur duyduqlarını bildirirək, I Beynəlxalq PR Yaradıcılığı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib və müasir dünyada yaradıcılığın strateji önəmə sahib olduğunu qeyd edib.
 
IPRA prezidenti həmçinin deyib ki, dünyanın müxtəlif ölkələrindən olan həmkarlarla görüşmək və yaradıcılıqda yeni trendləri müzakirə etmək xüsusi şərəfdir: "Bu fürsəti yaratdığı üçün forumun təşkilatçısı PRoloq İnkişaf Mərkəzinə təşəkkür edirəm. İdeya mübadiləsi bütün dünyadan olan PR mütəxəssisləri üçün çox vacibdir. Bu forum peşəmizin dünya miqyasında inkişafına kömək edəcək. Bakıya gəlməyi səbirsizliklə gözləyirəm”.
 
Qeyd edək ki, UNESCO üzvü IPRA dünyada qurulan ilk PR assosiasiyasıdır. IPRA prezidenti B.Vries 25 ildən çoxdur professional kommunikasiya məsləhətçisidir. Xatırladaq ki, forum PRoloq İnkişaf Mərkəzi və mərkəzin "PRoloq” (www.proloq.az) onlayn jurnalının təşkilatçılığı, Beynəlxalq PR Assosiasiyası, Azərbaycan Mətbuat Şurası və Qlobal Karyera İnstitutunun dəstəyi ilə keçiriləcək.
 
Yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, 14 ölkədən dəvət olunan dünyaca məşhur PR kapitanları da çıxış edəcəklər. İştirakçılara beynəlxalq sertifikat veriləcək.
0
XƏBƏR LENTİ