"Efirlərin hamısına baxıram, hər şeyi görürəm. Bəzi müğənnilər indi çox yekəxana danışıb, özlərini göylə aparırlar".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Rəngarəng" verilişində deyib.
Sənətçi verilişlərə tək çıxmaq üçün şərt qoyan və yalnız dostları ilə gələn müğənnilərə söz atıb:
"Efirlərin hamısına baxıram, hər şeyi görürəm. Bəzi müğənnilər indi çox yekəxana danışıb, özlərini göylə aparırlar. Hətta bir çoxunu tək çağırırsız, ya da dost olduğu insanlarla gəlir. Qoyun sizə kənardan dəyər versinlər. Gəlib verilişdə "mən", "mən" deməyin nə mənası var? Bu yaxşı şey deyil. Bu həm gənclərə, həm mənimlə də bir sənətə gələn insanlara aiddir. Onsuz da hamı, hər şeyi bilir. Kimə, nəyi sübut etmək istəyirsiz ki?".
Aysel










































