Bəzi rayonlarda yağış gözlənilir

Bəzi rayonlarda yağış gözlənilir
Bütün Xəbərlər
14:30 13.11.2013
652

Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq.

Bu barədə AZXEBER.COM-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam isə buludluğunun artacağı gözlənilir.Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında noyabrın 14-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin olacaq. Bəzi cənub və şərq rayonlarında, əsasən Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 6-11, gündüz 16-21, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR