16:28 Cümə, 15 Noyabr 2019
MARAQLI

Bığ təkcə yaraşıq vermirmiş, həm də xərçəngdən qoruyurmuş

16:00, 04.08.201910447
Bığ təkcə yaraşıq vermirmiş, həm də xərçəngdən qoruyurmuş
Araşdırmalar zamanı məlum olub ki, xarici görünüşə yaraşıq verən bığ  həmçinin dodaq xərçənginin qarşısını alırmış.
 
Bu barədə Medicalxpress-də məqalə dərc olunub.

Bildirilir ki, Kanzas Universitetinin  mütəxəssisləri aktinik keratoz kimi tanınan prekanser vəziyyətdə olan 200 kişini müayinə ediblər.

Aktinik keratoz - dəridə yastıhüceyrə xərçəng adlanan qorxunc xəstəliyə çevrilən qabıqlı ləkədir. Dodaq  dərisi incə olduğundan  aktinik keratozlar  doaqlara daxil ola və dərinin digər yerlərində olan keratozlara nisbətən daha sürətli yayıla bilər.

Alimlər müəyyən ediblər ki, uzun müddət azı 9 mm qalınlıqda  bığ saxlayan kişilərdə xərçəng riski, analizdə iştirak edən digər iştirakçılara nisbətən 16 faiz az olub. Alimlər siqaret çəkmə və yaş göstəricilərini də nəzərə aldıqdan sonra da nəticə özünü doğruldub.

Elm adamlarının sözlərinə görə, üzündə tük olmayan  kişilər onkoloji xəstəliklər riskini günəşdən müdafiə kremindən istifadə etməklə qoruna bilərlər.
 
///faktxeber.com
XƏBƏR LENTİ