"Bıçağı gəlinin boğazına dirədim, qoca qadını dostum tutdu" - VİDEO

"Bıçağı gəlinin boğazına dirədim, qoca qadını dostum tutdu" -  VİDEO
KRİMİNAL
13:19 28.11.2015
3471

Samux rayonunda 4 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilib. Dəstə üzvləri 77 yaşlı qadına qarşı qudurluq etməkdə şübhəli bilinir. Onlardan biri zərərçəkənin keçmiş kürəkəni olub.

Naməlum şəxslər Samux şəhər sakini Bəyaz Məmmədovanın mənzilinə daxil olublar. “Çağırılmamış qonaqlar” ev sahibinin ağzını yapışqanlı lentlə bağlayaraq ona bıçaqla hədə-qorxu gəliblər.

Bəyaz Məmmədova - zərərçəkən şəxs: “Gecə vaxtı yatmağa hazırlaşırdım. Bir də gördüm ki, pəncərədən içəri daxil oldular. Elə bildim, bomba partladı. Mənim ağzımı bağlayıb dedilər ki, 2 dənə baş kəsmişik bu dəqiqə, tez elə, pulu və qızılları ver, yoxsa sizi öldürəcəyik”.

Zərərçəkən qızıllarının olmadığını, yalnız 500 manat nağd pul olduğunu bildirib və həmin pulu onlara verib. Pulu götürən şəxslər dərhal evi tərk ediblər.

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Bəyaz Məmmədovanın keçmiş kürəkəni - Gədəbəy rayon sakini 41 yaşlı Buta Abdullayev, onun həmyerlisi 33 yaşlı Orxan Əlizadə, eləcə də Ucar rayon sakinləri – 22 yaşlı Anar Rəhimov və 18 yaşlı Mehman Qarayev şübhəli şəxs qismində saxlanılıblar.

Malik Məmmdədov - Samux rayon polis şöbəsinin rəis müavini: “Buta Məmmədov təxminən bir il bundan əvvəl Bəyaz Məmmədovanın qızı ilə qeyri-rəsmi şəkildə ailə qurublar. Bir müddət həmin ünvanda yaşayıblar. Bəyaz xanımın pulu və qızılı olduğunu düşünən həmin şəxs bu barədə dostlarına məlumat verib”.

Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Dəstə üzvləri bildiriblər ki, Samuxda törədəcəkləri quldurluqla bağlı qərarı Bakıda veriblər. Daha sonra onlar əməllərini reallaşdırmaq üçün Gəncəyə, oradan isə Samuxa gəliblər.

Mehman Qarayev - saxlanılan şəxs: “Pəncərəni sındırıb, evə girmişik. Evdə bir yaşlı qadın, bir də gəlin olub. 500 manat pul götürüb çıxmışıq. Gəlmişik Gəncəyə, oradan da Bakıya".

Buta Abdullayev - saxlanılan şəxs: “Bəyaz mənim qayınanam olub. Uşaqlar məndən soruşdular ki, iş var? Mən də dedim ki, belə bir ev var, amma bilmirəm onlarda pul var, yoxsa yox. Onlar da dedilər ki, bizdən ötrü iki vuraq ikidir, sən evi göstər. Mən də evi göstərdim, girdilər, çıxdılar".

Anar Rəhimov - saxlanılan şəxs: “Bıçağı gəlinin boğazına dirədim, dostum da qoca qadını tutmuşdu. Dedim ki, bircə pulu, qızılı ver, bizim sənlə işimiz yoxdur".

Orxan Əlizadə - saxlanılan şəxs: “Biz ikimiz evdə qalmışıq. Onlar gecə 1-2 radələrində getdilər, səhərə yaxın da gəldilər. 180 manat pulu çıxarıb stolunj üstünə qoydular. 80 manatı mən götürdm.

Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, saxlanılan Orxan Əlizadənin qardaşı Arzu Əliyev bir müddət əvvəl Gədəbəydə törədilən quldurluq hadisəsinin iştirakçısı olub və tutularaq məsuliyyətə cəlb olunub. (Region TV)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı