Binəqədi rayon ərazisində təmizlik işləri uğurla davam etdirilir - FOTO

Binəqədi rayon ərazisində təmizlik işləri uğurla davam etdirilir - FOTO
SOSİAL
10:19 08.09.2020
556
Bakı şəhərində sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayon ərazisində təmizlik işləri uğurla davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, rayon ərazisində ekologiyanın mühafizəsi, sakinlərin sağlamlığının qorunması, eləcə də sanitar vəziyyətin yaxşılaşdırılması, tullantıların ətrafa yayılmasının qarşısının alınması məqsədilə davamlı və təxirəsalınmaz təmizlik işləri həyata keçirilir.Görülən işlər çərçivəsində qəsəbələrdə məişət tullantılarının vaxtı-vaxtında yığılaraq daşınmasına gücləndirilmiş nəzarət davam etdirilir.

Aidiyyəti qurumların əməkdaşlarının cəlb olunduğu iməcilikdə qəsəbədaxili və ətraf ərazilər,eləcə də yaşıllıq zolaqları lazımsız tullantılardan təmizlənib. Toplanan iriqabaritli məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb.
 

 

 


OXŞAR XƏBƏRLƏR