Qadınları ən çox düşündürən suallardan biri kişilərin onlara aşiq olub-olmaması ilə əlaqəlidir.
AZXEBER.COM xəbər verir ki, kişilərin aşiq olduğunu bildirən 6 əlamət məlum olub.
İlk maddəmiz həyəcandır. Aşiq olan kişi ilə, sevən kişi arasında fərq var. Aşiq olan kişi həyəcanını gizlədə bilmir. Kişilər çox vaxt bunu gizlətməyə çalışsalar da, bu mövzuda adətən uğurlu ola bilmirlər.
Özünü isbat etməyə cəhd göstərir. Aşiq olan kişi qarşı tərəfi cəlb etməyə çalışar. Ən yaxşı bacarıqlarından ağız dolusu danışmağa başlayar. Maddi vəziyyəti ilə öyünən insanlarla bunu qarışdırmamaq lazımdır. Aşiq olan kişi daha məsum olar. Məsələn sevdiyi mahnılardan danışmağa başlayar. Qarşı tərəfin maraq dairəsinə uyğun olaraq özünü öyər.
Həddən artıq maraqlanar və diqqət göstərər. Aşiq olan kişi həyatına alacağı qadının həyatı haqqında hərşeyi bilmək istəyər və bunu ağlında tutar. Qadının yaşam tərzi, sevmədiyi şeylər, aldığı travmalar və bunun səbəbi, hədəfləri və s. bir sözlə hər şeyi bilmək istəyər. Buna görə də çox sual verər.
Çevrəsi ilə tanış edər. Kişilər üçün ətraf ilə tanış etmək və ortama daxil etmək çox önəmlidir. Ailəmizlə tanış etmək və dostlarımıza tanıtmaq kişilər üçün artıq həmin insanın özəl olduğuna işarədir. Dost ortamında olan zaman həmin kişininn qadına olan rəftarı , onu əl üstündə tutmağı və s. onun aşiq olduğunu bildirən maddələrdən biri və ən əsasıdır.
Zaman, məsafə, məkan qavramlarına fikir vermir. Aşiq olan biri üçün bu sözlərin elə də bir əhəmiyyəti yoxdur. "Mən ora getməyi sevmirəm; Bu saatdamı? ; Çox uzaqdır” və s. kimi sözləri aşiq olan adamların dilindən eşitmək qəliz məsələdir. Bir sürpriz hazırlamaq üçün saatlarını belə sərf edə bilər.
İtirmək qorxusu. Aşiq olan kişinin ən aşkar xüsusiyyətlərindən biri də itirmək qorxusudur. İtirmək qorxusu olan kişi ağılda sual işarəsi buraxmayan kişidir. Çox zaman kişilər ən böyük səhvi elə burda buraxırlar. Bəzən itirmək qorxusu olduğuna görə həddən artıq israrlı olurlar.
Oksana