'Bir qadına, sənətçiyə olduqca hörmətsiz davranan nazirimiz var' - Hülya Avşar

MAQAZİN
16:21 24.04.2013
2596

Türkiyəli aktrisa Hülya Avşar gecə saatlarında restoranda şam edərkən görüntülənib.Sənətçi jurnalistlərin “Acun Ilıcalının verilişində münsifləri dəyişdirəcəyi” ilə bağlı suallarını cavablandırıb:

“Bu haqda heç vaxt danışmadım. “Yetenek sizsiniz”də münsiflər heyətinin dəyişəcəyini deyə bilmirəm. “O səs Türkiyə” ilə bağlı da heç bir fikrim yoxdur”.

Belqrad meşəsində getdiyi istirahət mərkəzinin bağlanmasına bərk əsəbiləşən Hülya Meşə və Su Naziri Veysəl Əroğlunu tənqid edib:

“Çox əsəbiyəm. İllərdir insanların ailəsi ilə birlikdə istirahət üçün getdiyi meşənin restoran hissəsi bağlanır. Oradakı adamlar tez-tələsik işdən çıxarılır. Meşəyə getmək şansımız sıfıra bərabərdir. Belə haqsızlıqlara dözə bilmirəm. Bir qadına, sənətçiyə olduqca hörmətsiz davranan nazirimiz var. Əgər qapısına gedib, sual veririksə, cavablandırmaq məcburiyyətindədir. Veysəl bəy son dərəcə səhv yoldadır”.

“Saçlarınız ağarıb” deyən müxbirə sərt cavab verən Hülya Avşar onları heç vaxt rənglətmədiyini açıqlayıb:

“Sən də keçəlsən. Mən sənə nəsə deyirəm?!”

Avtomobilinə oturarkən ətrafdan gələn musiqi səsinə aktrisa maraqlı fikir bildirib:

“Musiqini dinləyin, necə gözəl ifa edir. İndi burada striptiz göstərərdim. Musiqi insanı heyran edir”//axsam.az

OXŞAR XƏBƏRLƏR