Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı keçirdiyi "Pəncə Kilid" əməliyyatında 5 türk əsgəri şəhid olub.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Şimali İraqda terroristlərlə baş verən atışmada 5 nəfər türk əsgəri şəhid olub.
4 nəfər isə döyüş bölgəsindən çıxarılaraq xəstəxanaya çatdırılıb.
Sosial şəbəkədə şəhid olmuş 5 türk əsgərinin birgə fotosu paylaşılıb.
Həmin fotonu təqdim edirik:
Mikayıl Mirzəzadə