Birbank Biznes-in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşdi

Birbank Biznes-in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşdi
İQTİSADİYYAT
11:17 16.07.2025
270

Qadın sahibkarlığının inkişafına yönələn "She’s Next Empowered by Visa qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekunlaşdı. Layihə sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib. 

16 may 2025-ci il tarixindən etibarən başlanan və 3 aya yaxın davam edən layihə çərçivəsində xanım sahibkarlar üçün "Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçirilib. Proqram 2 kateqoriya üzrə baş tutub. Kiçik və Orta bizneslər və Mikro biznesləri əhatə edən kateqoriyada iştirak üçün 400-dən çox xanım sahibkar müraciət edib.

 

Bütün iştirakçılar She’s Next platformasında ödənişsiz onlayn mühazirə kursları keçmək imkanı əldə ediblər. Daha sonra layihənin şərtlərini uğurla tamamlayan – iştirakçı təcrübəli mentorların dəstəyi ilə final mərhələsinə hazırlanıb. Proqramın finalı 11 iyul 2025-ci ildə Bakıda keçirilib. Tədbir zamanı finalçılar layihələrini peşəkar münsiflər heyətinə təqdim ediblər. Təqdimatların nəticələrinə əsasən, hər iki kateqoriyada 3 nominasiya üzrə qalib ələn iştirakçılara bizneslərinin inkişafı üçün pul mükafatları təqdim edilib. Kiçik və Orta Bizneslər kateqoriyasında 3-cü yerin və 5000 manatın sahibi topdan və pərakəndə kosmetika, eləcə də məişət kimyası satışı ilə məşğul olan Cəmilə Quliyeva olub. "Bellabaci” kosmetika distribütor şirkətinin təsisçisi Gülarə Cumayeva isə 2-ci yerə və 10 000 manat mükafata layiq görülüb. 15 000 manat pul mükafatına və kateqoriyanın qalibi adına "Coffee 9bar” və "Street 9bar” biznesi ilə Türkan Eyyubova layiq görülüb. 

 

Mikro Bizneslər kateqoriyası da sahibkar xanımların qalibiyyət uğrunda mübarizəsi ilə yadda qalıb. Qidalanma pozğunluğu mövzusunda təlimçi və məsləhətçi Şəlalə İbrahimova 5000 manatı qazanaraq layihənin 3-cü pilləsində qərar tutub. 2-ci yerə, həmçinin 10 000 manat pul mükafatına 2-6 yaş uşaqlar üçün inkişaf və təhsil proqramları üzrə ixtisaslaşmış təlim mərkəzinin təsisçisi Nigar Cəbiyeva sahib olub. Kateqoriyanın əsas mükafatını, yəni 15 000 manatı və qalib adını soyuq presləmə üsulu ilə təbii sabun istehsalı biznesinin, "Le miracle d'Asunta”-nın təsisçisi Asunta Adıgözəlova qazanıb.

Tədbirdə həmçinin Visa və Birbank Biznes Azərbaycanda ilk birgə ko-brend biznes kartı olan She's Next kartının istifadəyə verildiyi elan edilib. Sahibkar xanımlar üçün nəzərdə tutulan kart öz sahibinə bir-birindən maraqlı və faydalı imtiyazlar təqdim edir.

 

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
18:09 16.07.2025
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
17:55 16.07.2025
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
17:53 16.07.2025
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
17:51 16.07.2025
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
16:37 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
16:36 16.07.2025
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
16:34 16.07.2025
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
16:19 16.07.2025
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist