00:13 Cümə Axşamı, 16 Avqust 2018
KRİMİNAL

Biznesmenin həbsxana hekayələri: “Bacısının sinəsinə kamera qoymuşdu” - VİDEO

12:27, 12.05.201810354
Biznesmenin həbsxana hekayələri: “Bacısının sinəsinə kamera qoymuşdu”  - VİDEO
ARB TV-nin "Rezonans” verilişi bu dəfə Oqtay Quliyevin həbsxana hekayələrini təqdim edib.

Oqtay Quliyev (cəzası 9 il): "20 il Rusiyada yaşadım. Ailəmlə birlikdə işləyib, yaşayırdım. Orada meşə işi ilə məşğul olurduq. Meşələri qırıb şaxtalara verirdik. Böyük adamlarla söhbətim düşdü, məhkəmə 9 il həbs verdi. 45 qram narkotik maddə ilə tutulmuşam. Həbsdə olan tanışım mənə dedi ki, narkotiki bir adamdan götürüb bacıma verərsən. Sən demə bacısının döşünə kamera qoyublarmış. Narkotiki verəndə də kameraya çəkdilər. Mənim həbs olunmağıma səbəb başqadır. Qoca qonşumuz var idi ölənə yaxın torpağını bizə verdi. Oğlum oranı qazanda kömür çıxdığını bildirdi. Xəbər yayıldı, söhbət böyüdü. Bir dəfə mənə silahlı hücum etdilər. Məni tutdurub, torpağı əlimdən almaq istəyirdilər. Və beləcə istədiklərinə çatdılar, həbs olundum. Bir müddət orada qaldıqdan sonra, Azərbaycana göndərdilər. Həbsdə olarkən valideynlərim vəfat etdi”.​​
 


XƏBƏR LENTİ