'BlackBerry' 11 yaşlı oğlanın ayaqlarını yandırdı - FOTOLAR

DÜNYA
01:31 07.12.2012
3630

Britaniyalı yeniyetmələr arasında populyar olan BlackBerry Curve 9320 telefonu 11 yaşlı oğlanın çarpayısında partlayıb.AZXEBER.COM-un xarici mətbuata istinadən veridyi xəbərə görə, uşaq yanıq xəsarəti alıb."Mən telefonu Kianın çarpayısının üzərinə qoymuşdum. Özümə çay süzməyə gedərkən partlayış səsi eşitdim. Kian qışqırmağa başladı. Onun ayaqlarını alov bürümüşdü", deyə xəsarət alan uşağın anası bildirib.Uşağın atası smartonun istehsalçı şirkəti ilə videokonfrans yaradıb. Firma nümayəndələri gələrək apparata baxış keçiriblər. Onlar bu cür hadisə ilə ilk dəfə qarşılaşdıqlarını bildiriblər.Son reytinqlərdən birinə əsasən "BlackBerry"nin bu modeli Böyük Britaniyada ən populyar olan smartfonlar arasında 6-cı yerdədir.

OXŞAR XƏBƏRLƏR