Bölgələrdə mənzillər niyə bahadır? - VİDEO

Bölgələrdə mənzillər niyə bahadır? - VİDEO
SOSİAL
22:24 27.02.2026
370
Bölgələrdəki bəzi yeni tikli binalarda mənzillərin qiyməti az qala paytaxdakılarla eynidir.

Gəncə, Mingəçevir, Lənkəran və digər iri şəhərlərdə yeni tikililərdə mənzillərin bir kvadratmetri artıq 1000 manatdan başlayır və 2000 manata qədər yüksəlir. Halbuki bölgələrdə torpaq qiymətləri paytaxtla müqayisədə xeyli ucuzdur.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, qiymətlərin formalaşmasına təsir edən əsas amillərdən biri torpaq üzərində sərəncam verilməsi ilə bağlıdır.

Ekspert deyir ki, 2019-cu ilə qədər torpaq üzərində sərəncam alıb tikinti aparmaq çox rahat idi. 

Ekspertin sözlərinə görə, bölgələrdə çoxmərtəbəli binaların inşası əlavə xərclər tələb edir. İnfrastrukturun qurulması, qaldırıcı kranların icarəsi və digər amillər həmin mənzillərin qiymətini demək olar ki, Bakıda təklif olunan qiymətlərlə eyni səviyyəyə çatdırır.

Ekspert onu da əlavə etdi ki, son illər tikinti materiallarının bahalaşması da qiymətlərə təsir edir. Nəticədə torpaq ucuz olsa belə, yekun mənzil qiyməti paytaxtdakı bəzi ərazilərlə eyni həddə çatır.

OXŞAR XƏBƏRLƏR